Ümid Partiyasında əməliyyat keçirilib? – RƏSMİ CAVAB
Gündəm
19.01.2026 15:05
Ümid Partiyası “Gununsesi.info” saytında yayımlanan “Ümid Partiyasında əməliyyat” başlıqlı yazıya münasibət bildirib.
TodayPress TV xəbər verir ki, Partiyadan qeyd olunub:
“17 yanvar 2026-cı ildə partiyanın qərargahının 150 metrliyində, “Şəkərbala” uşaq bağçasının qarşısında axtarışda olan şəxs polis tərəfindən saxlanılıb. Hadisə yerinə xeyli polis əməkdaşı cəlb olunub və əməliyyatın mahiyyəti araşdırılıb”.
Bildirilib ki, partiya sədrinin iştirakı ilə polis əməliyyatı yerində həyata keçirib, sədr polislərə uğurlar arzulayıb və qərargaha dönüb. Ümid Partiyasının qərargahında, rəhbərin otağında və partiya ofisində isə nə şəxsin saxlanılması, nə də axtarış aparılması faktı olub.
Yayımlanan məlumat sensasiya məqsədilə təqdim olunub və həqiqəti əks etdirmir.
Jalə Rövşən
tag: Ümid Partiyası ,Əməliyyat,"Gününsesi.info",Polis ,Todaypress.tv,
