Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı: Qiyməti…
İraqın keçmiş prezidenti Səddam Hüseynə məxsus təyyarə satışa çıxarılıb. Təyyarənin ilkin satış qiyməti 900 min dollar müəyyən edilib.
TodayPress TV xəbər verir ki, “The Economic Times” nəşrinin məlumatına görə, İraq hakimiyyəti eyni qiymətə daha bir təyyarənin satışına da icazə verib. Bağdad 1991-ci ildən ölkə xaricində qalan bu hava gəmilərindən qurtulmaq qərarına gəlib.
Bu, təyyarələrin satışa çıxarılması ilə bağlı ilk cəhd deyil. 2023-cü ildə hər bir təyyarə üçün 494 min dollar qiymət təklif olunsa da, alıcı tapılmayıb. Hazırkı qiymət əvvəlki təklifdən təxminən iki dəfə yüksəkdir.
Kübra Musayeva