TƏCİLİ! Xameneini də Maduronun taleyi gözləyir?

Gündəm

10.01.2026 16:39

İran və Venesuela coğrafi baxımdan bir-birindən çox uzaq olsalar da, siyasi taleləri getdikcə bir-birinə bənzəməyə başlayır.  


İranda Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei Qərb sanksiyaları altında, daxildə isə sosial narazılıqların mərkəzində qalmış avtoritar lider kimi qəbul olunur. Eyni ilə ABŞ hərbçiləri tərəfindən tutulan Venesuela prezident Nikolas Maduro kimi.  

Bu gün hər kəsi düşündürən əsas suallardan biri də budur: 

Xameneini də Maduronun taleyi gözləyir? 

Maduronun hakimiyyəti üç əsas dayağa söykənirdi: Ordu və təhlükəsizlik qüvvələri; Saxtalaşdırılmış və ya nəzarət altında olan seçkilər; Xarici müttəfiqlər – Rusiya, İran və Çin. 

Venesuela iqtisadiyyatı çökdükdən sonra isə milyonlarla insan ölkəni tərk etdi.   

Xalqın dəstəyini itirdikdən sonra isə Maduro sıradan çıxarıldı. 


İranda da proseslər oxşar istiqamətdə gedir. Artıq xalqın böyük hissəsi rejimi qəbul etmir; Gənclər açıq şəkildə Xameneiyə qarşı çıxır; Qadın etirazları, küçə aksiyaları səngimir; Sanksiyalar iqtisadiyyatı boğur. 

Son olaraq İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək, kütləvi etiraz aksiyası iştirakçılarına kömək məqsədilə İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb. ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində etirazçılara atəş açılacağı təqdirdə İran hakimiyyətini güc tətbiq edəcəyi ilə hədələyib.

"Atəşə başlamasanız, yaxşı olar, çünki biz də atəş açmağa başlayacağıq", - deyə ABŞ lideri Ağ Evdə neft şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.

Bütün bunları nəzərə aldıqda ehtimal olunur ki, Xamenei Maduronun taleyini  yaşamamaq üçün yanlız xarici müttəfiqlərin köməyi ilə hakimiyyətdə qala bilər. Maduro təcrübəsinə əsasən də deyə bilərik ki, bu yol da uzunömürlü olmur. Odur ki, əgər sistem dəyişməzsə, İranı da eyni gələcək gözləyə bilər...

tag: İran,Xamenei,Maduro,Venesuela,Todaypress.tv,