TƏCİLİ! Mədəniyyət Nazirliyində yoxlamalar aparılır - VİDEO
Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə Report-a Palatadan bildirilib.
Məlumata görə, auditin nəticələrinin açıqlanması "Hesablama Palatası haqqında" qanunun 37-ci maddəsinə əsasən tənzimlənəcək. Qeyd edək ki, bir müddətdir sosial şəbəkələrdə bir neçə sənət adamı Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı narazılıq edir.