“Ona “Artsax” sözünə görə pul ödəyiblər!” – Erməni jurnalistlə həmkarı ÜZ-ÜZƏ

Gündəm

05.12.2025 12:35

Azərbaycanlı jurnalist Vəfa Həmzəyeva Azərbaycan dilində yayımlanan Ermənistan kanalının aparıcısı, jurnalist Diana Karapetyandan müsahibə alıb. Müsahibə zamanı Karapetyan Ermənistanda Azərbaycan dilində kanalın yaradılmasındakı əsas missiyanı açıqlayıb.  

Bununla yanaşı Karapetyan canlı bağlantı zamanı “Artsax” ifadəsini işlətməyə cəhd edib. Vəfa Həmzəyeva dərhal müdaxilə edərək ona belə bir sual ünvanlayıb: 

"Əgər siz hələ də “Artsax“ deyirsinizsə, o zaman sülhdən necə danışmaq olar?"

Azərbaycanlı jurnalist vurğulayıb ki, Ermənistan rəsmi olaraq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Erməni jurnalist bu anda "Bizim üçün “Artsax”, bəziləri üçün “Qarabağ" cümləsini işlədib.

Diana Karapetyanın “Artsax” ifadəsini işlətməsi göstərir ki, bəzi dairələr hələ də faktlara hörmət etmədən mövqe sərgiləməyə çalışır. 

Əslində, erməni cəmiyyətində də çox yaxşı anlayırlar ki, “Artsax” mifi Azərbaycan tərəfindən yerlə-yeksan edilib. 44 günlük Vətən müharibəsi Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu nəinki Ermənistana, bütün dünyaya bir daha bəyan edib. 

Hazırda isə sülh prosesi yolunda addımlar atılır. İki ölkə arasında təmaslar intensivləşib. Hətta son aylarda hər iki tərəfin nümayəndə heyətlərinin səfərlərini müşahidə edirik. 

Bəs belə olan halda Ermənistanda hələ də sülh istəməyən qüvvələr hansılardır?

Erməni jurnalist Natali Aleksanyan TodayPress TV-yə açıqlamasında Diana Karapetyanın maliyyələşdirildiyi iddiası ilə çıxış edib və hətta o, adları açıqlayıb:   

“Livandakı erməni Qrair Parsamyan Ermənistandakı “Daşnaksütyun” partiyası ilə əməkdaşlıq edərək David Qriqoryan və Diana Karapetyanı maliyyələşdirir. O, partiyanın nüfuzlu nümayəndələrindən biridir.



Əslində, onları sülh danışıqlarını pozmaq məqsədilə qəsdən “sahəyə daxil ediblər”. Diana Karapetyan jurnalist kimi peşəkar və məzmun baxımından heç bir dəyər daşımır, həmçinin açıq-aydın görünür ki, süni intellektdən istifadə edir. O sadəcə gənc bir qızdır, nə demək lazım olduğu deyilir və ödəniş edilir”.

N.Aleksanyan sülh prosesinin ciddi problemlə üzləşə biləcəyindən narahatlığını ifadə edib:

“Onlar hələ də sadə bir həqiqəti başa düşməyiblər: “Artsax” mövcud deyil, var olan Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Əgər danışıqlar belə fon üzərində davam edərsə və həqiqi sülh tərəfdarları cəlb edilməzsə, bir gün biz həqiqətən ciddi problem qarşısında qalacağıq. “Daşnaksütyun” isə heç vaxt dayanmır”.

Qiymət Mahir

TodayPress TV

tag: Natali Aleksanyan,Erməni jurnalist,Diana Karapetyan,Vəfa Həmzəyeva,Todaypress.tv,