Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşını əvəz edəcək
Gündəm
22.01.2026 16:39
Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü Misir Mərdanov Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.
TodayPress TV xəbər verir ki, bu barədə Modern.az-a fakültədən bildirilib.
Məlumata görə, M.Mərdanov hazırda Ali riyaziyyat kafedrasının müdiri kimi fəaliyyət göstərir.
BDU-dan qeyd olunub ki, Mexaniki-riyaziyyat fakültəsində bir sıra kafedraların birləşdiriləcəyi və onların adlarının dəyişdiriləcəyi gözlənilir.
Xatırladaq ki, Misir Mərdanov bir müddət öncə TodayPress TV-yə açıqlamasında Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı ilə bağlı iddiaları təkzib edib, xəbəri yayanlara qəzəblənmişdi.
Onu da qeyd edək ki, bundan öncə kafedra müdiri postunda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva olub.
tag: Misir Mərdanov,Nazir,Elm,Təhsil,Todaypress.tv,
