Məşhur teleaparıcı Gimnaziyanın əlindən dad edir: “Bir ildə heç bir iş görülməyib”

Gündəm

11.12.2025 16:52

Xəbər verdiyimiz kimi, bir qrup valideyn Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının qarşısında toplaşaraq narazılıqlarını ifadə edib. 

Valideynlərin əsas narazılığı, gimnaziyanın bir müddət əvvəl təmirə bağlanması və təmir işlərinin indiyə kimi yekunlaşdırılmamısıdır. 

TodayPress TV xəbər verir ki, narazı valideynlər teleaparıcı Lalə Əlimuxtarova da olub. 

O bildirib ki, övladı altıncı sinifdə oxuyur, amma iki ildir ki, öz məktəbində təhsil almır:

"Biz artıq iki ildir ki, 189 nömrəli məktəbin qonağıyıq. Bu, son həddir. Öz məktəbimizin bizə geri qaytarılmasını istəyirik. Bütün cavabdeh qurumlardan xahiş edirəm, işi sürətləndirsinlər ki, uşaqlarımız öz məktəblərinə qayıtsınlar. Bu, Azərbaycanda yeganə incəsənət gimnaziyasıdır. Qızım onlayn rəsm dərsi keçir. Onlayn rəsm, onlayn pianino dərsi olarmı? Əlbəttə, olmaz. Uşaqlarımız bu vəziyyətdən çox əziyyət çəkir. Qızım hər gün “Öz məktəbimizi istəyirəm” deyir. Hər yerə müraciət etmişik, amma məktublara cavab yoxdur. Bizə demişdilər ki, yanvarda geri köçəcəyik, amma artıq sayılı günlər qalıb və məktəbdə heç bir iş görülməyib".

Qeyd edək ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir. Lakin layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar  prosesdə qısamüddətli ləngimə baş verib. Buna baxmayaraq, növbəti tədris ilinə qədər təmir-bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, İncəsənət Gimnaziyası 2024-cü ildən əsaslı təmirə bağlanıb. 

Vüsalə Nəciyeva

TodayPress TV

tag: Azərbaycan Milli Konservatoriyası,Lalə Əlimuxtarova ,Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Lalə Əlimuxtarova ,İncəsənət Gimnaziyası,Todaypress.tv,