"Kəndli kommunala şəhərli qədər pul ödəməməlidir" - Fazil Mustafa

"Kəndli kommunala şəhərli qədər pul ödəməməlidir" - Fazil Mustafa
23.01.2026 16:41 Gündəm

Deputat Eldar İbrahimov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib ki, kəndlərdə və şəhərdə yaşayan insanların kommunal ödənişləri eyni olmalı deyil, ödənişlər kəndlərdə daha aşağı olmalıdır.

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, kəndlərdəki gəlir səviyyəsi şəhərlərdəki gəlir səviyyəsi ilə eyni deyil.   

Parlamentari vurğulayıb ki, bu yanaşma həm xidmətlərin fərqləndirilməsi, həm də insanların kəndlərdə yaşamasının daha əlverişli olması baxımından faydalıdır:  

"Ümid edirəm ki, bu istiqamətdə irəli sürülən təkliflər dəstəklənəcək və belə bir proses artıq reallaşa biləcək". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər