Dünyadan Prezidentə etimad: "Bu, sülh prosesini sürətləndirəcək!" – RƏY

Gündəm

20.01.2026 19:50

“Cənab Prezidentin belə bir mükafata layiq görülməsi onun fəaliyyətinə, uzaqgörən və müdrik siyasətinə verilən yüksək qiymətin göstəricisidir”.

Milli  Məclisin  deputatı Ceyhun Məmmədov bunu Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi ilə bağlı TodayPress TV-yə danışarkən deyib.


Onun sözlərinə görə bu, ölkəmizin artan beynəlxalq nüfuzunu nümayiş etdirir: “Bu gün bölgəmizdə sülh prosesinin əsas aparıcı qüvvəsi Prezident İlham Əliyevdir və o, sülhə və sülh quruculuğuna öz əvəzsiz töhfəsini verir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın nüfuzunu və sülh təşəbbüslərini gücləndirir: 

“Bu mənada, mükafat Azərbaycanın sülh təşəbbüsünə verilən qiymət hesab olunur və bu qərar regionda sülh prosesinə, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verəcək. Azərbaycanın nüfuzunun artmasında isə Prezidentin rolu böyükdür. İlham Əliyev bu gün Azərbaycan xalqını qələbədən-qələbəyə aparır, ölkəmizin nüfuzunu artırır və inkişafını təmin edir”. 

Parlamentari vurğulayıb ki, bu mükafatla  bölgəmizə sülhün gəlməsinə növbəti töhfə verildiyini deyə bilərik.  Eyni zamanda, bu, beynəlxalq aləmin sülhə və müdrik siyasətə verdiyi diqqətin göstəricisidir və iki ölkə arasında sülh prosesini daha da sürətləndirəcək, gücləndirəcək və möhkəmləndirəcək.    

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən təsis edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.

“Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhə, qarşılıqlı hörmətə və əməkdaşlığa töhfə verən seçilmiş şəxslərə və qurumlara təqdim olunur.

İndiyədək bu nüfuzlu mükafata layiq görülənlər sırasında BMT Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliça Raniyə əl Abdullah, mərhum Roma Papası Fransisk, Misirin Əl-Əzhər Şərifinin şeyxi, böyük imam Əhməd əl-Tayyib, İMAD Assosiasiyasının təsisçisi Lətifə İbn Ziyaten, Keniyadan sülh fəalı Şəmsa Əbubəkr Fadhil, eləcə də Barbadosun Baş naziri Mia Amor Mottley yer alır.

Jalə Rövşən

TodayPress Tv

tag: İlham Əliyev, Prezident, Ceyhun Məmmədov, Milli Məclis, todaypress.tv,