Azərbaycana qarşı TƏXRİBAT: Bu aparıcılar niyə hədəfə alınıb?

Gündəm

12.01.2026 11:53

İran mühafizəkar dairələrinə yaxın olduğu iddia edilən sosial media hesabları və şəxslər Azərbaycanın tanınmış jurnalist və televiziya aparıcılarını hədəf alan təxribat xarakterli paylaşımlar edir.  

TodayPress TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında paylaşım edib. 


Onun sözlərinə görə, son dövrlər xüsusilə teleaparıcılar Nigar Sabirqızı və Rusif Məmmədsoy barəsində məqsədli şəkildə dezinformasiya və qarayaxma kampaniyası aparılır.

E.Şahinoğlu bildirib ki, bu cür fəaliyyətlər təsadüfi xarakter daşımır və müəyyən mərkəzlərdən idarə olunan informasiya təxribatlarının tərkib hissəsidir. O, Azərbaycanın müvafiq dövlət qurumlarının bu məsələyə biganə qalmamalı olduğunu vurğulayıb:  

“Bu tip təxribatlara qarşı reaksiya verilməli, onların ilkin mənbələri müəyyənləşdirilməli və arxasında duran mexanizmlər araşdırılmalıdır. Nigar Sabirqızı və Rusif Məmmədsoy ölkənin tanınmış televiziya aparıcılarıdır və onlara qarşı aparılan kampaniya bütövlükdə Azərbaycan mediasını hədəf alan informasiya təzyiqinin bir forması kimi dəyərləndirilməlidir. Məsələnin diqqətdə saxlanılması vacibdir”. 

Qiymət Mahir

TodayPress TV

tag: Elxan Şahinoğlu,Politoloq,Təxribat,Aparıcılar,Todaypress.tv,