ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüş başladı
ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqlar başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
“Əbu-Dabidə sülh danışıqları artıq başlayıb. Lakin ukraynalıların və rusların eyni otaqda olub-olmadığı hələ də məlum deyil", - deyə telekanal qeyd edib.
Bildirilib ki, bu danışıqlar 2022-ci ilin fevral ayından bəri münaqişənin həlli üçün ilk üçtərəfli danışıqlardır.
Aysel Mətləb