Azərbaycanda İKT üzrə pulsuz təhsil imkanı - qeydiyyat başladı!
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə “Holberton School Azerbaijan”da İKT sahəsi üzrə 100 faizlik təqaüd proqramına tələbə qəbulu başlayıb.
TodayPress TV xəbər verir ki, agentlikdən verilən məlumata görə, proqram çərçivəsində minimum 300 nəfərin dörd istiqamət üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
İştirakçılar generativ süni intellekt (GenAI), Full-Stack Development, kibertəhlükəsizlik və maşın öyrənməsi (Machine Learning) sahələrində bilik və bacarıqlar əldə edə biləcəklər.
18 yaşdan yuxarı şəxslərin müraciət edə biləcəyi proqram beynəlxalq “Holberton School” təhsil modelinə əsaslanır. Təqaüd proqramı iştirakçılara seçdikləri İKT istiqaməti üzrə təhsil almaq imkanı yaradacaq.
Qeyd edək ki, proqrama qeydiyyat üçün son tarix 14 dekabr müəyyən edilib.
Müraciət etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Jalə Rövşən