Zelenski Yermakı iki vəzifəsindən uzaqlaşdırdı
Ukrayna Prezidenti Volodimir Zelenski keçmiş ofis rəhbəri Andrey Yermakı Milli Təhlükəsizlik və Müdafiə Şurasından (MSDM) və Ali Baş Komandanın Qərargahından uzaqlaşdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Zerkalo Nedeli" qəzeti məlumat yayıb.
Sənəddə dəyişikliklərin dərc olunduğu gündən qüvvəyə minəcəyi bildirilir. Lakin fərmanlarda qərarın səbəbləri göstərilmir.