Zelenski Serbiyanı yoldan çıxardı - Putinə bəd xəbər
Dünya
19.05.2026 10:27
Ukrayna Prezidenti Volodimir Zelenski rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu həftənin sonlarında Serbiyaya səfər edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Serbiyanın "N1" televiziyası məlumat yayıb.
Bu səfər baş tutarsa, Zelenskinin 2019-cu ildə prezident vəzifəsinə başlamasından sonra Serbiyaya ilk səfəri olacaq. Hazırda səfərlə bağlı rəsmi təsdiq verilməyib.
Məlumata görə, yaxın vaxtlarda Ukrayna ilə Serbiya arasında ticarət əməkdaşlığına dair birgə anlaşma memorandumunun imzalanması da gözlənilir.
Serbiya Prezidenti Aleksandar Vuçiç daha əvvəl bildirib ki, Belqrad Ukrayna ilə kənd təsərrüfatı sektoru üçün gübrə tədarükü üzrə müqavilələr bağlamaqda maraqlıdır.
Vuçiç qeyd edib ki, dünyada vəziyyət getdikcə çətinləşir. O, həmçinin neft qiymətlərinin yüksək qalmasının Serbiyanı yanacağa tətbiq olunan aksiz vergisini 25 faiz azaltmağa məcbur etdiyini vurğulayıb.
Türkan İsgəndərli
tag: Ukrayna,Zelenski,Serbiya,Vuçiç,Todaypress.tv,
