Zelenski Putinlə görüşmək istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.
TodayPress TV xəbər verir ki, bu barədə, o, Almaniyanın "Deutsche Welle" nəşrinə verdiyi müsahibədə bildirib.
Zelenski qeyd edib ki, əgər Putin dekabrda keçiriləcək G20 sammitində iştirak edərsə, Putinlə görüşməyə hazırdır:
"Bəli, əlbəttə. Biz getməliyik. Görüşməli, danışmalı və qərarlar qəbul etməliyik. Ona nə dediyim və ya onun mənə nə demək istədiyi vacib deyil. Bunlar əhəmiyyətli deyil. Əsas olan nəticədir."