Zelenski Parisdə Makronla görüşəcək
Fransa Prezidenti Emmanuel Makron martin 13-də Parisdə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Yelisey Sarayının mətbuat xidmətindən bildirilib.
“Görüş zamanı siyasətçilər ədalətli və davamlı sülhün şərtləri barədə fikir mübadiləsi aparacaqlar və Könüllülər Koalisiyası çərçivəsində təhlükəsizlik zəmanətləri ilə bağlı götürülmüş öhdəlikləri qiymətləndirəcəklər”, - məlumatda qeyd olunub.