Yataqxanada silahlı insident: 11 ölü, 14 yaralı

Yataqxanada silahlı insident: 11 ölü, 14 yaralı
06.12.2025 19:30 Dünya

Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada yerləşən yataqxanada silahlı insident baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Məlumata görə, nəticədə 11 nəfər ölüb, 14 nəfər yaralanıb. Ölənlər arasında üç azyaşlı da var.

Onlardan 10-u hadisə yerində, biri isə xəstəxanada ölüb. Yaralılar tibbi yardım alır.

İlkin məlumatlara görə, hücumu üç naməlum silahlı şəxs həyata keçirib. Hadisə ilə bağlı istintaq davam edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər