Xamenei: "İran yalnız ABŞ bazalarını vurur, qonşulara qarşı deyil"

Xamenei: "İran yalnız ABŞ bazalarını vurur, qonşulara qarşı deyil"
12.03.2026 18:02 Dünya

İranın yeni Ali Lideri Müctəba Xamenei bildirib ki, İran region ölkələrinə qarşı deyil və zərbələr yalnız ABŞ hərbi bazalarına endirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Müctəba Xameneinin İran dövlət televiziya və radiosunda yayımlanan ilk rəsmi bəyanatında qeyd olunub.

“Bu yaxınlarda biz hərbi bazalara zərbələr endirdik və əvvəlcədən xəbərdar etdiyimiz kimi, qonşu ölkələrə hücum etmədik, yalnız ABŞ bazalarını hədəf aldıq. Gələcəkdə də bu addımları atmağa məcbur qala bilərik, lakin buna baxmayaraq qonşularımızla dostluğa inanırıq”, — deyə bəyanatda bildirilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər