Vulkan "bubon taun" epidemiyasına səbəb ola bilər

Dünya

06.12.2025 19:00

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, 14-cü əsrin ortalarında baş vermiş böyük vulkan püskürməsi Avropada "bubon taun"un (Qara Ölümün) geniş yayılmasının əsas səbəblərindən biri ola bilər.

TodayPress TV xəbər verir ki, nəticələr "Communications Earth & Environment" jurnalında dərc olunub.

Tədqiqatçılara görə, püskürmə Aralıq dənizi üzərində müvəqqəti, lakin ciddi soyumaya səbəb olub. Bu “iqlim şoku” məhsuldarlığın kəskin azalmasına gətirib çıxarıb və bölgə ölkələri aclığın qarşısını almaq üçün böyük həcmdə taxıl idxal etməyə başlayıb.

Müəlliflərin fikrincə, "Yersinia pestis" bakteriyasını daşıyan birələr Avropaya məhz bu ticarət gəmiləri vasitəsilə daxil olub.

1347-1353-cü illər arasında Avropanın böyük hissəsini məhv edən Qara Ölüm pandemiyasının bu qədər sürətlə Avropa limanlarında görünməsi bu günə qədər elmi müzakirə mövzusu idi. Yeni tədqiqat bu hadisənin nadir iqlim hadisəsi ilə ticarət axınlarının üst-üstə düşməsi səbəbindən baş verdiyini göstərir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qara Ölüm,Vulkan,Bubon taun,Virus,Todaypress.tv,