Uşaqların “cinayət planı” kameralara düşdü – 11 yaşlı uşaq SAXLANILDI
Avstraliyada polis 11 yaşlı uşağı restoran və oteli qarət etməkdə ittiham edib, onun 8 yaşlı digər uşaqlə birlikdə hadisədə iştirak etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Polisin məlumatına görə, uşaqlar gündüz saatlarında üzlərini maska ilə örtərək restorana daxil olublar. Onlardan birinin bıçaq çıxararaq işçidən kassadakı pulları tələb etdiyi iddia olunur.
Daha sonra uşaqların yaxınlıqdakı otelə getdiyi və burada da işçini bıçaqla hədələyərək qeydiyyat masasını axtarmağa cəhd etdiyi bildirilir.
Onların hərəkətləri şəhərdəki müşahidə kameralarını izləyən operatorlar tərəfindən qeydə alınıb. Qısa müddət sonra hər iki uşaq saxlanılıb.
11 yaşlı uşaq nəzarətə götürülərək qarət ittihamı ilə məsuliyyətə cəlb edilib. 8 yaşlı uşaq isə evə aparılaraq valideynlərinin nəzarətinə verilib.
Aysel Mətləb