Ukrayna Rusiyanın neft emalı zavodunu vurdu - VİDEO
Dünya
20.05.2026 09:25
Ukrayna Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavoduna dron hücumu edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Nnov.kp" məlumat yayıb.
Hücum nəticəsində zavodun ərazisində yanğın baş verib.
Məlumata görə, dronlar zavodun neftin ilkin emalı üçün istifadə olunan əsas qurğularından birinə dəyib.
Hücumdan sonra Kstovo rayonunda məktəblər distant təhsilə keçib. Eyni zamanda Nijni Novqorod aeroportunda uçuşlar müvəqqəti dayandırılıb.
“Lukoyl-Nijeqorodnefteorqsintez” Rusiyanın ən böyük neft emalı zavodlarından biri hesab olunur. Zavodun illik emal gücü təxminən 17 milyon ton neftdir və Moskva bölgəsinin yanacaq təminatında mühüm rol oynayır.
Qeyd edək ki, bu, 2026-cı ildə zavoda qarşı ikinci böyük hücumdur. Zavod daha əvvəl aprel ayında da zərər görmüşdü.
Türkan İsgəndərli
tag: Ukrayna,Rusiya,Dron,Neft,Todaypress.tv,
