Tusk: “Ukraynanın bərpası ancaq qələbə ilə mümkündür”

Tusk: “Ukraynanın bərpası ancaq qələbə ilə mümkündür”
10.07.2025 15:21 Dünya

Polşanın Baş naziri Donald Tusk hesab edir ki, Qərb ölkələri Rusiya ilə münaqişədə Ukraynanın qələbəsini müzakirə etməyə qayıtmalıdır. Onun fikrincə, yalnız bu halda digər mövzuların mənası olacaq.

TodayPress TV xəbər verir ki, Tusk bu barədə İtaliyanın paytaxtı Romada keçirilən Ukraynanın bərpası konfransında çıxışı zamanı danışıb.

“Qələbə olmadan bərpa da ola bilməz. Biz yalnız Ukraynanın necə sağ qalmasını yox, necə qələbə qazanacağını müzakirə etməliyik”, – deyə Polşa Baş naziri bildirib.

Tusk qeyd edib ki, burada söhbət Ukraynanın ərazi bütövlüyü, suverenliyi və sabit sülhdən gedir. O, həmçinin iddia edib ki, Rusiya təkcə Ukraynaya qarşı yox, Avropaya qarşı da münaqişə aparır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər