Türkiyədə məktəbə silahlı hücum oldu - 1 şagird öldü - YENİLƏNDİ - VİDEO
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 şagird ölüb.
TodayPress TV "A Haber"ə istinadən xəbər verir ki, bu barədə Turqutlu rayon bələdiyyəsinin sədri Çetin Akın məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində daha 4 nəfər yaralanıb.
Hadisəni törədən şəxsin axtarışları davam edir.
***
09:45
Türkiyədə məktəbə silahlı hücum olub.
TodayPress TV xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Hadisə ölkənin Manisa vilayətinin Turgutlu rayonunda baş verib.
Qeyd olunub ki, hadisə nəticəsində yaralananlar var.