Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid oldu
31.10.2026 12:09 Dünya
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda sərhəd pozuntusuna müdaxilə zamanı yaralanan hərbçi Yusuf Sait Ünlü şəhid olub.

TodayPress TV “Haberglobal”ın məlumatına görə, hadisə oktyabrın 31-də 7-ci Sərhəd Briqadasının məsuliyyət zonasında baş verib.

Sərhəd pozuntusuna müdaxilə zamanı açılan atəş nəticəsində müqaviləli piyada əsgər Yusuf Sait Ünlü yaralanıb.

Yaralı hərbçi helikopterlə Hakkari xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi hərbçinin şəhid olduğunu açıqlayıb.
XƏBƏR LENTİ
01 NOYABR 2026
Bütün Xəbərlər