Türkiyə əhalisi hansı ölkəni “ən yaxın” hesab edir? - SORĞU

Türkiyə əhalisi hansı ölkəni “ən yaxın” hesab edir? - SORĞU
14.09.2026 11:04 Dünya

Türkiyə vətəndaşları Azərbaycanı ölkənin ən yaxın dostu hesab ediblər.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə “ASAL Araştırma” şirkətinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Respondentlərin 56,5%-i Azərbaycanı Türkiyənin ən yaxın dost ölkəsi hesab edib.

Dost ölkələr siyahısında ilk beşlik belədir:

Azərbaycan – 56,5%

- Yaponiya – 50,2%

- Çin – 48%

- İtaliya – 46,7%

- Rusiya – 38,4%.

Sorğuda Türkiyə sakinlərinin düşmən ölkə hesab etdiyi dövlətlər də müəyyənləşdirilib:

- İsrail – 83%

- ABŞ – 74,6%

- Yunanıstan – 61,5%

- İran – 51,7%

- Fransa – 48,4%.

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər