Trampın yalanı ifşa olundu: “Düşdüyün bataqlıqdan çıxmaq üçün başqa yol axtar!"

Trampın yalanı ifşa olundu: “Düşdüyün bataqlıqdan çıxmaq üçün başqa yol axtar!"
22.07.2026 15:45 Dünya

İran parlamentinin (Məclis) milli təhlükəsizlik komitəsinin nümayəndəsi Həsən Qaşqavi ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtonla yenidən danışıqlar aparmaq istədiyinə dair açıqlamasını təkzib edib.

TodayPress TV xəbər verir ki, Qaşqavi bu barədə sosial şəbəkədə paylaşım edib.

“Trampın İranın guya danışıqlar aparmaq xahişi ilə çıxış etməsi barədə iddiası həqiqətə qətiyyən uyğun deyil. Onun təkrarlanan yalanları artıq bazarları qısa müddətə də olsa sakitləşdirmək iqtidarında deyil”, – deyə iranlı deputat bildirib.

Qaşqavi ABŞ prezidentinə “düşdüyü bataqlıqdan çıxmaq üçün daha təsirli yollar axtarmağı” tövsiyə edib.

Qeyd edək ki, Donald Tramp iyulun 21-də İranın ABŞ ilə yeni görüş keçirməyə çalışdığını, lakin Vaşinqtonun Tehran “əhəmiyyətli addımlar atmağa hazır olana qədər” danışıqların bərpasında maraqlı olmadığını bildirmişdi.

İran tərəfi isə bəyan edir ki, hazırda ABŞ iləmünaqişənin nizamlanması ilə bağlı danışıqların yenidən başlanması gündəmdə deyil.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər