Trampdan Sin Pinə “Putinvari” jest – "B-2"lər havaya qalxdı - VİDEO

Trampdan Sin Pinə “Putinvari” jest – "B-2"lər havaya qalxdı  - VİDEO
24.09.2026 10:46 Dünya

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinin ABŞ-yə səfəri çərçivəsində onu dəbdəbəli hərbi mərasimlə qarşılayıb.

TodayPress TV xəbər verir ki, Si Cinpinin Endryus Birgə Bazasına gəlişi zamanı B-2 Spirit strateji bombardmançı təyyarəsi və dörd F-22 Raptor qırıcısı havada nümayiş keçirib.

Tramp isə Çin liderini birbaşa aerodromda qarşılayıb.

Mərasimdə ABŞ Silahlı Qüvvələrinin müxtəlif qollarından 479 hərbçi iştirak edib. Beləliklə, Si Cinpinin səfəri diplomatik protokolla yanaşı, Vaşinqtonun hərbi imkanlarının nümayişi ilə də müşayiət olunub.

Bu, Trampın xarici lideri qarşılayarkən belə hərbi nümayişdən ilk istifadəsi deyil.

Xatırladaq ki, 2025-ci il avqustun 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı da Tramp onu qırmızı xalça ilə qarşılamış, B-2 bombardmançıları və F-22 qırıcıları iki liderin görüşü zamanı uçuş həyata keçirmişdi.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər