Trampdan Kuba qərarı: Hazırlıqlara başlandı

Dünya

19.05.2026 12:14

ABŞ Prezidenti Donald Tramp administrasiyası Kubaya qarşı hərbi variantları nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

ABŞ rəsmiləri iqtisadi sanksiyalar və diplomatik təzyiqlərin Kuba hakimiyyətinə qarşı gözlənilən nəticəni vermədiyini bildiriblər.

Məlumata əsasən, müzakirə olunan variantlar məhdud hava zərbələrindən genişmiqyaslı hərbi əməliyyatlara qədər dəyişir. Bildirilir ki, ABŞ Cənub Komandanlığı müəyyən hazırlıqlara başlasa da, məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.

TodayPress TV

tag: ABŞ,Tramp,Kuba,Hərbi,Todaypress.tv,