Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO

Tramp sui-qəsd təhdidindən sonra Türkiyədən belə qaçdı - VİDEO
11.08.2026 13:05 Dünya

ABŞ Prezidenti Donald Tramp İrandan gələn sui-qəsd təhdidlərindən sonra Türkiyədə keçirilən NATO sammitindən təhlükəsizlik tədbirləri çərçivəsində gizli şəkildə ayrılıb. 

TodayPress TV  “Vaşinqton Post”a istinadən xəbər verir ki, Tramp Türkiyəyə Qətərin hədiyyə etdiyi yeni “Boeing 747-8” təyyarəsi ilə gəlib. 

Bu, həmin təyyarənin ABŞ prezidentinin beynəlxalq səfəri zamanı ilk istifadəsi olub.

Lakin geri dönüş zamanı Tramp əvvəlcə media nümayəndələrinin qarşısında köhnə “Air Force One” təyyarəsinə minib. O, bu təyyarə ilə uçmaq istədiyini və bunun “köhnə günlərin xatirinə” olduğunu bildirib.

Bununla belə, Tramp və bir neçə köməkçisi təyyarəyə mindikdən bir neçə dəqiqə sonra jurnalistlərdən gizli şəkildə başqa təyyarəyə keçirilib.

Məlumata görə, onlar hava limanında istifadə olunan iaşə yük maşınının köməyi ilə təyyarənin media nümayəndələrinin görmədiyi digər hissəsinə aparılıb və oradan C-32A tipli, modifikasiya edilmiş “Boeing 757” təyyarəsinə keçirilib.

Təyyarədə olan jurnalistlər və bəzi Ağ Ev əməkdaşları Trampın artıq həmin təyyarədə olmadığını bilməyiblər.

Məlumata görə, hər iki təyyarə Böyük Britaniyadakı “RAF Mildenhall” aviabazasına cəmi bir neçə dəqiqə fərqlə enib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər