Tramp nəhəng media qurumlarının qapısını bağladı!
ABŞ Prezidenti Donald Tramp "CNN", "MS NOW" və "Politico" media qurumlarının Ağ Evə girişini qadağan etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Tramp qərarı bu media qurumlarının onun sözlərinə görə, davamlı olaraq “saxta xəbərlər” yayması ilə əsaslandırıb. O, həmçinin digər media qurumlarının da qadağaya məruz qala biləcəyini bildirib.
Tramp “Truth Social” platformasında sözügedən media qurumlarının ABŞ prezidenti, onun administrasiyası və ölkə ilə bağlı “uydurma və yalanlar” yaydığını yazıb.
Qeyd edək ki, Azərbaycan da daha əvvəl CNN-in İran müharibəsi ilə bağlı yayımladığı materiala etiraz edib. Azərbaycan Medianın İnkişafı Agentliyi CNN-in İsrail qüvvələrinin İranla müharibə zamanı Azərbaycan ərazisindən istifadə etdiyi barədə məlumatını “uydurma” adlandırıb və telekanaldan materialı geri götürərək üzr istəməsini tələb edib.
Qiymət Mahir