Tramp: “İranın Dünya Kubokunda iştirakı məsləhət deyil”
“ABŞ İran milli komandasının 2026-cı il dünya çempionatında iştirakını alqışlayacaq, lakin təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən onun iştirakı məsləhət görülmür”.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial”da yazıb.
Qeyd edək ki, İranın gənclər və idman naziri Əhməd Donyamali milli futbol komandasının 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kubokunda iştirak etməyəcəyini açıqlayıb.
Aysel Mətləb