Tramp: "İrana inanmıram"
ABŞ Prezidenti Donald Tramp İran nümayəndələrinə etibar etmədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bunu avqustun 11-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bununla belə, ABŞ lideri İran məsələsində Vaşinqtonun “çox yaxşı mövqedə” olduğunu bildirib. Onun sözlərinə görə, “İranla bağlı hər şey tamamilə yaxşı irəliləyir”.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində gərginlik iyulun 8-də daha da artıb. ABŞ İran ərazisinə zərbələr endirdiyini açıqlayıb, daha sonra Tramp atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Tehran isə ABŞ-nin regiondakı obyektlərinə zərbələrlə cavab verib və Hörmüz boğazının bağlandığını bildirib.
Türkan İsgəndərli