Tramp geri addım atdı - Sözünü çeynədi...

Dünya

19.05.2026 10:09

ABŞ Prezidenti Donald Tramp İranla bağlı planlaşdırılan böyük hücumu təxirə salıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Tramp bildirib ki, hücum üçün hazır vəziyyətdə olublar və bu, sabah baş tuta bilərdi. Lakin Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər ölkələrin xahişi ilə əməliyyatı 2-3 gün, bəlkə də daha uzun müddətə təxirə salıb.

“Digər ölkələr mənə müraciət edərək xahiş etdilər ki, bu hücumu bir müddət təxirə salaq. Çünki onlar İranla razılaşma əldə etməyə yaxın olduqlarını düşünürlər. Əgər İran nüvə silahı əldə etməsə və razılaşma baş tutsa, biz də razı qalacağıq",-Tramp deyib. 

Tramp vurğulayıb ki, razılaşma “İranın əlinə nüvə silahı keçməməsi” istiqamətində olmalıdır.

Qeyd edək ki, bu açıqlama Trampın "Truth Social" platformasında irana hücumla bağlı paylaşdığı postdan sonra verilib.

Jalə Rövşən 

TodayPress TV

tag: Donald Tramp ,İran ,Hücum ,BƏƏ,Todaypress.tv,