"Times" : Putin qərarı gecikdirir

Dünya

07.12.2025 10:30

Rusiya Prezidenti Vladimir Putin çətin qərarların qəbulunu mümkün qədər gecikdirməsi ilə tanınır. Xüsusilə, sülh prosesi nə qədər uzun çəkərsə, Rusiya qüvvələri bir o qədər cəbhədə irəliləyə və Ukraynanın enerji sistemini dağıda bilir.

TodayPress TV  xəbər verir ki, bunu “Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, Rusiya prezidenti təkcə qışın gəlişi və yeni ərazilərin itirilməsi ilə ukraynalıların mənəviyyatının çökməsini görmək istəmir, həm də ABŞ lideri Donald Trampı Kiyevin cəhdlərinin ümidsiz olduğuna inandırmağa çalışır. Bundan əlavə, Putinin gözündə ABŞ-ı Ukraynaya yardımdan imtina etməyə və bu yardımı dayandırmağa razı salmaq yaxşı nəticə olardı.

“Putin öz ərazi tələblərindən danışarkən bildirir ki, Kiyev hələ də nəzarətində saxladığı Donetsk vilayətinin 20%-ni verməlidir”, - qeyd olunub.

TodayPress TV


tag: Vladimir Putin ,Ukrayna,Rusiya ,Qərar,Todaypress.tv,