TƏCİLİ - Moskvada təyyarə qəzaya uğradı
Rusiyanın Moskva vilayətində Su-57 hərbi təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
TodayPress TV xəbər verir ki, bu barədə yerli "Teleqram" kanalları məlumat yayıb.
İlkin məlumata görə, təyyarə Moskva çayı yaxınlığında yerə düşüb.
Pilot vaxtında katapult edərək xilas olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Jalə Rövşən