Tatarıstanda təyyarə evin həyətinə düşdü - Ölənlər var

Tatarıstanda  təyyarə evin həyətinə düşdü - Ölənlər var
12.09.2026 13:45 Dünya

Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

TodayPress TV xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.

Qəza təlim uçuşu zamanı baş verib.

Kursant və təlimatçı “Cessna 172” təyyarəsi ilə Vısokaya dağından təlim uçuşu həyata keçiriblər.

Uçuş zamanı təyyarə televiziya qülləsinə çırpılıb və Şemordan kəndindəki şəxsi evin bağçasına düşüb.

Ölən şəxslərin Kurkaçi aerodromunda yerləşən Tatarıstan Mərkəzi Aeroklubunun üzvləri olduğu bildirilib.


XƏBƏR LENTİ
12 SENTYABR 2026
Bütün Xəbərlər