Takaiçi hökuməti yeniləyir: Nazirlər Kabineti tam tərkibdə istefa verdi
Yaponiya Baş naziri Sanae Takaiçinin planlaşdırdığı hökumət dəyişiklikləri ərəfəsində Nazirlər Kabineti tam tərkibdə istefa verib.
TodayPress TV xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.
Nazirlər Kabinetinin təcili iclasında bütün nazirlər istefa ərizələrini təqdim edib. Baş nazir ərizələri qəbul edib.
Yeni hökumətin tərkibinin yaxın saatlarda açıqlanacağı gözlənilir. Yeni kabinet formalaşana qədər istefa verən nazirlər vəzifələrini icra etməyə davam edəcəklər.
Məlumata görə, xarici işlər naziri Toşimitsu Motegi, müdafiə naziri Şinciro Koizumi, maliyyə naziri Satsuki Katayama və Nazirlər Kabinetinin baş katibi Minoru Kiharanın vəzifələrində qalacağı gözlənilir.
Takaiçi bundan əvvəl hakim Liberal-Demokratik Partiyanın rəhbərliyində də əsas vəzifələrdə ciddi dəyişiklik etməyib. Yerli müşahidəçilər bunu partiya daxilində sabitliyin qorunması cəhdi kimi qiymətləndirirlər.
Türkan İsgəndərli
TodayPress TV