Alimlərdən xəbərdarlıq: Aralıq dənizi sürətlə isinir və duzlaşır

Alimlərdən xəbərdarlıq: Aralıq dənizi sürətlə isinir və duzlaşır
17.09.2026 08:51 Dünya

Xorvatiyanın Ruder Boskoviç İnstitutunun alimləri Aralıq dənizində suyun həm istiləşdiyini, həm də duzluluğun artdığını müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, dəyişikliklərin yalnız səthdə deyil, dənizin bir neçə min metr dərinliyində də baş verdiyi aşkar edilib.

Nəticələrə görə, 2000-ci ildən etibarən Aralıq dənizinin səth suları hər on ildə təxminən 0,5 dərəcə bildirilir.

Tədqiqatçılar 1950-2025-ci illər ərzində aparılan ölçmələri təhlil ediblər. Nəticələrə görə, 2000-ci ildən etibarən Aralıq dənizinin səth suları hər on ildə təxminən 0,5 dərəcə istiləşib. Bu göstərici qlobal okeanın orta istiləşmə tempindən 2-3 dəfə yüksəkdir.

Dənizin üst 100 metrliyində temperatur hazırda 1950-1999-cu illərin orta göstəricisindən təxminən 2 dərəcə yüksəkdir.

İstiləşmə xüsusilə Mərkəzi və Şərqi Aralıq dənizində sürətlə gedir. Adriatik dənizində isə isti və daha duzlu suyun dərin qatlara enməsi sürətlənib. Alimlərin hesablamalarına görə, 2000-ci ildən Cənubi Adriatik dənizinin dərin suları digər hövzələrlə müqayisədə təxminən 6 dəfə daha sürətlə isinir.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, isti su daha az oksigen saxlayır. Bu isə dəniz ekosistemi üçün əlavə risk yarada bilər.

Alimlər indi duzluluğun artmasının əsas səbəblərini araşdırırlar. Onlar atmosfer hadisələri, buxarlanma və yağıntıdakı dəyişikliklər, həmçinin Atlantik okeanından Cəbəllütariq boğazı vasitəsilə daxil olan suların təsirini öyrənirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər