Messidən möhtəşəm yubiley: “İnter Mayami”də 100-cü, karyerasında 929-cu qol!
“İnter Mayami” klubunun hücumçusu Lionel Messi “Kampiones Kuboku” matçında “Krus Asul”un qapısına yol taparaq (2:0) karyerasında növbəti yubileyə imza atıb.
TodayPress TV xəbər verir ki, matçın 24-cü dəqiqəsində fərqlənən 39 yaşlı argentinalı forvard “İnter Mayami” heyətində 100-cü qolunu vurub.
81-ci dəqiqədə isə Messinin məhsuldar ötürməsindən sonra yarımmüdafiəçi Kazemiro matçın son nöqtəsini qoyub.
Bu qol Messinin peşəkar karyerasında keçirdiyi 1175-ci oyunda 929-cu qolu kimi qeydə alınıb. Hücumçunun aktivində həmçinin 424 məhsuldar ötürmə var.
Müqayisə üçün qeyd edək ki, “Əl-Nəsr”in 41 yaşlı hücumçusu Kriştianu Ronaldu karyerası ərzində çıxış etdiyi 1337 oyunda 979 qol vurub və 261 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Kampiones Kuboku” MLS çempionu ilə Meksikanın Liqa MX qalibi arasında keçirilən bir matçlıq turnirdir. Ötən il bu titula Meksikanın “Toluka” klubu sahib çıxmışdı.
Namiq HUN