TikTok onu Asiyanın ən varlı adamı etdi
TikTok-un sahibi olan “ByteDance” şirkətinin təsisçisi Çjan İmin Asiyanın ən varlı şəxsinə çevrilib.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, 43 yaşlı milyarderin sərvəti 105 milyard dolları ötüb. Onun varidatı son bir ay ərzində 12 milyard dollardan çox artıb.
Sərvətin artımında əsas amillərdən biri “ByteDance” şirkətinin süni intellekt sahəsindəki inkişafı olub.
Çjan İmin bununla hindistanlı milyarder Qautam Adanini geridə qoyub.
Kübra Musayeva