Bəzi rayonlarda duman müşahidə olunur - FAKTİKİ HAVA

Bəzi rayonlarda duman müşahidə olunur - FAKTİKİ HAVA
17.09.2026 10:27 Sosial

Şəmkir, Xızı, Şahdağ, Sabirabad, Lerikdə duman müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Əksər rayonlarda isə hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 15, Sarıbaşda (Qax) 12, Zaqatalada 8, Quba, Qusarda 3, Naftalan, İsmayıllıda 1 mm-dək qeydə alınıb.

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər