111 illik həsrət sona çatdı: “Barselona” mövsümə fırtına kimi başladı
“Barselona” son 111 ildə ilk dəfə mövsümə bütün rəsmi turnirlərdə ardıcıl yeddi qələbə ilə başlayıb və bu oyunlarda rəqib qapılarına ən azı 33 qol vurub.
TodayPress TV xəbər verir ki, bu barədə “MisterChip” nəşri məlumat yayıb.
Bildirilir ki, katalonlar analoji uğuru sonuncu dəfə 1915/1916-cı illər mövsümündə Cek Qrinvellin rəhbərliyi altında imza atmışdılar. Həmin vaxt komanda ilk 7 matçın hamısında qalib gələrək 44 qol vurmuşdu.
Qeyd edək ki, Kataloniya təmsilçisi son matçında - La Liqanın VI turu çərçivəsində öz meydanında “Rasinq”i 7:2 hesabı ilə darmadağın edib. Meydan sahiblərinin heyətində Rafinya het-trik edib, digər qolları isə Joao Kanselu, Asier Vilyalibre, Qabriel Jezus və Lamine Yamal vurublar.
La Liqada keçirdiyi 6 oyundan sonra xallarının sayını 18-ə çatdıran “Barselona” İspaniya çempionatının mütləq lideridir.
Namiq HUN