Rusiyaya kütləvi PUA hücumu: Neft zavoduna ziyan dəydi - VİDEO
Rusiyanın Yaroslavl vilayətində gecə saatlarında baş verən böyük PUA hücumu nəticəsində neft emalı zavoduna ziyan dəyib.
TodayPress TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Mixail Evrayev məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 65 Ukrayna PUA-sını vurub. Dronların qalıqları bir neçə yaşayış binasının pəncərələrinə və avtomobillərə ziyan vurub. Ərazidə yaranan yanğınlar operativ şəkildə söndürülüb.
Hücum təhlükəsi səbəbindən Yaroslavldan Moskvaya gedən yolda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Şəhər hava limanında da uçuşlara məhdudiyyətlər tətbiq edilib.
Qubernator bildirib ki, hazırda bölgədə PUA hücumu təhlükəsi yoxdur və yerli qurumlar normal rejimdə fəaliyyət göstərir.
Türkan İsgəndərli
TodayPress TV