Şahmat Olimpiadasında parlaq start: Rəqiblərə şans verilmədi!
Özbəkistanın Səmərqənd şəhərində Ümumdünya Şahmat Olimpiadasına start verilib.
TodayPress TV xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri turnirin I turunda inamlı qələbələr qazanıblar.
Kişi şahmatçılarımız Mərakeş seçməsini, qadınlardan ibarət komandamız isə Qvatemala yığmasını eyni - 4:0 hesabı ilə məğlub edib.
Növbəti - II turda kişi komandamız Filippin, qadın yığmamız isə Danimarka şahmatçıları ilə uz-üzə gələcək.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında qalib adı uğrunda 208 komandanın heyətində ümumilikdə 1032 şahmatçı mübarizə aparır. Yarış İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir.
Namiq HUN