“Qızıl top” mübarizəsində Messi sürprizi: Bekhem əsas favoriti açıqladı

“Qızıl top” mübarizəsində Messi sürprizi: Bekhem əsas favoriti açıqladı
17.09.2026 09:40 İdman

“İnter Mayami” klubunun həmsahibi Devid Bekhem “Krus Asul”la matçdan (2:0) sonra komandanın kapitanı Lionel Messinin bu il “Qızıl top” mükafatına layiq olduğunu bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə MLS-in mətbuat xidməti məlumat yayıb. 

“Onun burada, Mayamidə olması və komandamızda oynamasına hələ də inana bilmirəm. Məhz buna görə hər gün məşqlərə gəlirəm və ona baxıram. Fürsət düşdükcə onun oyununu izləyirəm, çünki səmimi desək, hamımız Leonun əbədi oynamasını istəyirik.

Bilirsiniz, onun bu gün etdiklərini və necə bir dünya çempionatı keçirdiyini görəndə anlayırsan ki, onun yenidən “Qızıl top”a iddiaçılar arasında göstərilməsi təsadüfi deyil. Bu, təsadüf ola bilməz. O, turnirin ən yaxşı oyunçusu idi. Keçən mövsüm inanılmaz bir çıxış etdi, sonra dünya çempionatına gəldi və 39 yaşında hər oyunun taleyinə təsir göstərdi. Bu, xüsusi bir nailiyyətdir. 39 yaşında heç kim belə şeylər etmir və bu səviyyədə oynamır. Ona görə də o, “Qızıl top”a namizəd kimi göstərilməyə layiqdir.

Məncə, bu mükafatı o qazanmalıdır. Əlbəttə, Harri Keyn, Kilian Mbappe, Cud Bellingem və başqa böyük futbolçular var, amma söhbət Leodan gedəndə mən onun ən böyük azarkeşiyəm", – deyə Bekhem bildirib.

Xatırladaq ki, sentyabrın 8-də “France Football” jurnalı 2026-cı il “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlayıb. Təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər