Qanq onu apardı, 15 gün sonra geri qaytardı - Qadının inanılmaz HEKAYƏSİ

Qanq onu apardı, 15 gün sonra geri qaytardı - Qadının inanılmaz HEKAYƏSİ
17.09.2026 06:10 Maraqlı

Hindistanda Qanq çayının axınına düşərək itkin düşən qadın 15 gün sonra evindən 50 kilometr uzaqlıqda sağ tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Bihar ştatının sakini Sunayna Devi avqustun 31-də çayda çimmək üçün suya girib. Lakin güclü axına düşən qadın çay boyunca sürüklənərək uzaqlaşıb.

Sunayna çayın yaxınlığındakı Çeynçhapra kəndində tarlada yerləşən kiçik daxmaya qədər üzə bilib. Suyun daşması səbəbindən oradan müstəqil şəkildə çıxa bilməyən qadın təxminən 10-15 gün daxmada qalıb və Qanq çayının suyunu içərək sağ qalıb.

Daha sonra kömək gözləməyən qadın daxmadan çıxmağa çalışıb. Lakin yenidən dərin suya düşərək batmaq təhlükəsi ilə üzləşib. Yaxınlıqda qayıqlarda olan balıqçılar onun səsini eşidərək qadını sudan çıxarıblar.

Balıqçılar Sunaynanı polis bölməsinə aparıb və burada onun ailəsi ilə əlaqə saxlanılıb. Qadının yaxınları sentyabrın əvvəlindən onu axtarırmış və artıq ən pis ehtimaldan narahat olublar.

Evə qayıtdıqdan sonra həkimlər qadında güclü halsızlıq aşkarlayıb və müalicə təyin ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər