Gənclərə yol verdi: Aksel Vitsel Belçika millisinə əbədi əlvida dedi

Gənclərə yol verdi: Aksel Vitsel Belçika millisinə əbədi əlvida dedi
17.09.2026 08:43 İdman

“Nitsa” klubunun nın yarımmüdafiəçisi Aksel Vitsel Belçika milli komandasındakı karyerasını başa vurmaq qərarına gəlib. 

TodayPress TV xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.

“Bu dəfə qərarım qətidir. Milli komandadakı karyeramı bitirməyə qərar verdim. Artıq gənclərə və yeni nəslə yol verməyin vaxtı çatıb. Bu 18 il ərzində meydanda var gücümlə mübarizə apardığım üçün inanılmaz dərəcədə qürur duyuram. 18 yaşımda başlayanda belə zirvələrə çatacağımı xəyal belə edə bilməzdim. Həqiqətən unudulmaz anlar yaşadıq!” – deyə Vitsel azarkeşlərə, komanda yoldaşlarına, məşqçilər heyətinə və federasiya əməkdaşlarına təşəkkürünü bildirib.

Vitsel 2008-ci ildən Belçika yığmasının şərəfini qoruyub. O, milli formada 140 matça çıxıb (ölkə tarixində ikinci göstərici) və 12 qol vurub. 

Təcrübəli yarımmüdafiəçi daha əvvəl 2023-cü ildə milli karyerasını dayandırdığını elan etsə də, sonradan komandaya qayıtmış və 2026-cı il dünya çempionatında iki oyunda meydana çıxmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər