Rostovda PUA həyəcanı: Hərbi aerodromda güclü yanğın başladı - VİDEO

Rostovda PUA həyəcanı: Hərbi aerodromda güclü yanğın başladı - VİDEO
17.09.2026 08:10 Dünya

Sentyabrın 17-nə keçən gecə Rusiyanın Rostov-na-Donu şəhərində hərbi aerodromun PUA hücumuna məruz qaldığı bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "OSINT" məlumat yayıb.

Məlumata görə, “Rostov-na-Donu – Mərkəzi” hərbi aerodromunun ərazisində, təyyarələrin dayandığı hissənin yaxınlığında güclü yanğın baş verib. Hadisə zamanı partlayış və daha sonra detonasiya səslərinin eşidildiyi qeyd olunur.

Yayılan görüntülərdə aerodrom ərazisində genişmiqyaslı yanğın görünür.

Rusiya rəsmiləri hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Aerodroma və oradakı texnikaya dəyən zərərin olub-olmadığı, eləcə də mümkün zərərin miqyası hələlik məlum deyil.

Bildirilib ki, eyni gecə Yaroslavlda da PUA hücumundan sonra neft emalı zavodunun ərazisində yanğın baş verib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər