Suriyada illərdir gizlədilən nüvə materialları - ABŞ hərəkətə keçdi

Suriyada illərdir gizlədilən nüvə materialları - ABŞ hərəkətə keçdi
11.08.2026 01:24 Dünya

ABŞ, Suriya və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Suriyada yerləşən gizli nüvə obyektindən nüvə materiallarının çıxarılması ilə bağlı razılığa gəlib.

TodayPress TV xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin çıxarması planlaşdırılan materiallar “Obyekt 99” kimi tanınan ərazidə saxlanılır. Burada Suriyanın keçmiş “Əl-Kibar” nüvə proqramından qalan sarı kek (uran konsentratı) və digər materiallar aşkarlanıb.

Məlumata görə, həmin materiallar birbaşa nüvə silahının hazırlanmasında istifadə oluna bilməz. Lakin potensial olaraq “çirkli bomba” hazırlanmasında istifadə edilə bilər.

ABŞ-nin diplomatik səyləri nəticəsində Suriya materialların MAQATE tərəfindən ölkədən çıxarılmasına razılıq verib. Əməliyyat hazırda davam edir və tərəflər materialların ilin sonunadək ərazidən çıxarılacağına ümid edirlər.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər