"SpaceX" bazasında qəza: Bir nəfər öldü
Dünya
19.05.2026 19:45
ABŞ-nin Texas ştatında yerləşən "SpaceX" şirkətinin "Starbase" bazasında qəza baş verib.
TodayPress TV xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.
Məlumata görə, qəza cümə günü bazanın genişləndirilməsi işləri zamanı qeydə alınıb. "SpaceX"in podratçı şirkətlərindən birində çalışan işçi hündürlükdən yıxılıb və aldığı xəsarətlərdən həyatını itirib.
Bildirilir ki, son illərdə şirkət "Starbase" kompleksinin inkişafını sürətləndirib. Məqsəd "Starship" kosmik gəmisinin prototiplərinin daha tez-tez sınaq uçuşlarını həyata keçirməkdir.
"Starship"in növbəti sınaq uçuşunun mayın 20-nə planlaşdırıldığı qeyd olunur. Şirkətin planına əsasən, bu kosmik sistem gələcəkdə sərnişin daşınması, peyklərin orbitə çıxarılması, eləcə də Ay, Mars və daha uzaq kosmik missiyalar üçün istifadə ediləcək.
Türkan İsgəndərli
tag: ABŞ,Texas,SpaceX,Qəza,Todaypress.tv,
